Xocalı
faciəsi ağrı-acımız, tariximizin ibrət dərsidir bizə. Xocalı qırğını milli faciəmiz
yox, milli yaddaşımız və tarixi dəyərimizdir. İnsan yarandığı
gündən var-sərvət, torpaq uğrunda müharibələr etmiş, lakin Xocalıda törədilən qanlı
faciələrin heç biri o müharibələrdə törədilməmişdir.
1992-ci ilin 26 fevralı...
Qarlı-çovğunlu qış gecəsi. Aylarla ocaqsız-odsuz, çörəksiz qalan xocalılar erməni
qəsbkarları tərəfindən mühasirəyə alınmışdı. Dinc əhali çıxılmaz bir vəziyyətə düşmüşdü. Heç bir yandan kömək gəlmir, ərzaq qurtarıb, yollar isə hər tərəfdən bağlanıb. Aydın idi ki, Xocalı ölümə məhkum edilmişdi. Əgər o dövrdə Azərbaycana rəhbərlik edənlər
istəsəydilər Xocalı qırğınının qarşısını
alardılar. Lakin bunu etmədilər, nəticədə isə xocalılar amansız
ölümə, ağır işgəncələrə məruz
qaldılar.
Xocalıya
dörd istiqamətdən hücum
edilmişdi, ancaq Əsgəran tərəfdən
adi bir patron belə atılmamışdı. Bu isə onu göstərir ki, Əsgəranda ona görə nisbi sakitlik yaratmışdılar ki, əhali Ağdama getmək üçün Əsgəran səmtə üz tutacaq. Erməni hərbi birləşmələri
təpədən-dırnağa qədər silahlanaraq
bütün yolları, keçidləri tutmuşdular. Məqsədləri də bu yollarda xocalıları kütləvi qırğına
məruz qoyub, Azərbaycanda qorxu
xofu yaratmaq idi. Türk dünyasına qənim kəsilən ermənilər uşağa, qadına, qocaya baxmadan
xocalıları vəhşicəsinə güllələyirdilər. Ölümdən, girovluqdan yaxa
qurtarmaq istəyənlərin az bir hissəsi Ağdama gəlib çıxa bilmişdi.
Soyuq-şaxtalı qış gecəsi... Qar aman vermədən yağır. Dinc əhali qaçaraq Kətik meşəsinə
üz tuturlar. Meşə yollarını
qar basdığına görə
pərən-pərən düşmüş əhali yol tapa bilmir, ayaqyalın, başıaçıq şaxtalı havada sutkalarla
meşədə dolanmağa məcbur
olur, düşmənin pusqusuna düşərək
məhv edilirdilər. Əsir götürülənlərə
aman verilmir, döyür, söyür, təhqir edir, saatlarla ayaqyalın qarın üstündə, saxlamaqdan həzz alırdılar. Ermənilərin Xocalıda
törətdikləri vəhşiliklərin analoqu yer kürəsində əsrlər boyu aparılan qanlı müharibələrin
heç birində baş verməmişdir.
Görəsən
nə etmişdi binəva
xocalılar ermənilərə? Bu qəddar düşmənçilik
hissi necə yaranmışdı
insanlıqdan uzaq olan ermənilərdə?! İllərlə qonşuluq etdikləri, bir süfrədə çörək kəsdikləri, ən yaxın dostluq etdikləri adamlara
belə rəhm etmirdilər. Zamanın başqa zaman olduğunu, deyərək ən yaxından tanıdıqları
xocalıları özləri güllələyirdilər.
Nə idi bu güllələnən körpələrin günahı, İlahi?! Onlardamı erməniyə
güllə atmışdılar? Yox, əsla
belə deyildir. Ermənilərin davası
torpaq yox, nahaq, günahsız insanların qanını tökmək idi və məqsədlərinə
də nail oldular.
Xocalı
faciəsindən sağ çıxanların çoxu
aldığı ağır yaralardan, keçirdikləri sarsıntılardan, çəkdikləri əzab və əziyyətdən dünyalarını vaxtsız
dəyişdilər. Sağ qalanların isə
hamısı xəstə və zəlil olmuşlardır.
Dünya
niyə susur? Törədilən bu vəhşilikləri görmürlərmi? Görürlər, lakin nədənsə haqqı nahaqqın ayağına
verir, işğalçı ilə işğala məruz qalanı bərabər
tuturlar. Nə vaxt isə haqq öz yerini tapacaq, cinayətkar ermənilər dünyanın
haqq divanı qarşısında
cavab verəcəklər. Atalar demişkən: “Nahaq qan yerdə qalmaz”.
Xocalı
soyqırımı Azərbaycan xalqının əzm və dəyanətini qırmadı, əksinə onun mübarizə əhval-ruhiyyəsini daha da artırdı.
Ümummilli
liderimiz Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı Xocalı faciəsinin
əsil mahiyyətini açıqladı
və öz qiymətini aldı. Xalqımız inanır ki, ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin
yürütdüyü daxili və xarici siyasət nəticəsində biz
torpaqlarımızı yağı tapdağından azad
edəcək və doğma yurd-yuvamıza qayıdacağıq.